Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Həsənovun adına "Facebook" sosial şəbəkəsində rəsmi səhifə yaradılıb.  Demokrat.az xəbər verir ki, sözügedən səhifə bu il sentyabrın 4-də qeydiyyatdan keçib. Xatırladaq ki, son günlər Azərbaycanın yüksək vəzifəli şəxslərinin sosial şəbəkələrə qoşulması intensiv hal alıb.