Baş prokuror Kamran Əliyev Rusiyaya səfərə gedib

12 Yanvar 2022 - 09:49

Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaranmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak məqsədilə Moskva şəhərinə səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfərin nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.