Strasburq şəhərində imzalanmış “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi dəyişib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Hüquqi yardım haqqında ərizələrin təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın, “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli orqanın və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə” sərəncamda dəyişiklik edilib.
Strasburq şəhərində imzalanmış “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi orqan Azərbaycan Respublikasının Baş Prokurorluğu olacaq.
Bundan əvvəl bu orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdi.
Xarici İşlər Nazirliyinə nəzərdə tutulan dəyişiklik barədə Avropa Şurasının Baş katibinə məlumat vermək tapşırılıb.