“Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı hazırda istintaq davam etdirilir”. Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib. O deyib ki, qəza pilotların səhlənkarlığı ucbatından baş verib. “Cinayət işi çərçivəsində yol verilmiş digər qanun pozuntularıının aşkarlanması əsas hədəfimizdir. Bu iş üzrə yekun qərar qəbul edilməyib”, - o vurğulayıb.