Baş Prokurorluq Qabil Məmmədovdan istintaqa gəlməsini tələb edib

Hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan Qabil Məmmədova rəsmi xəbərdarlıq edilib.

AzPost bildirir ki, bu barədə İctimai televiziya Baş Prokurorluğa istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Qabil Məmmədov şəxsiyyətinin təsdiq edən sənədlə birlikdə 17 aprel 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə gəlməlidir.

Məlumata görə Məmmədov Qabil Əmrah oğlu Cinayət Məcəlləsinin 24 maddəsi üzrə təqsirləndirilir.

Qeyd edək ki, Azərbaycanda 2020-ci ildə Qabil Məmmədov barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçib və axtarışa verilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.