“Bavariya” 10 ildən sonra 5 qol buraxıb

Almaniya Bundesliqasının X turunun “Ayntraxt” – “Bavariya” oyunu gözlənilməz nəticə ilə əlamətdar olub.

Son çempion səfər oyununda 1:5 hesabı ilə uduzub.

Münhen klubu son 10 ildə ilk dəfə Bundesliqa oyununda 5 qol buraxıb. Sonuncu belə hadisə 2009-cu ildə “Volfsburq”la görüşdə yaşanıb – 1:5.

Ümumilikdə, bütün turnirləri nəzərə alsaq, “Bavariya” sonuncu dəfə  2012-ci ilin mayında – ölkə kubokunun finalında 5 qol buraxıb. Həmin vaxt Dortmund “Borussiya”sı 5:2 hesabı ilə qalib gəlib.

“Bavariya”nın təslli qolunu vuran Robert Levandovski isə Bundesliqa tarixinə düşüb. Polşalı hücumçu ardıcıl 10 oyun qol vurmaqla çempionatın rekordunu təkrarlayıb. O, Klaus Allofs (“Köln”, 1984) və Pyer-Emerik Obameyanqa (“Borussiya” D, 2015) şərik olub.

Qeyd edək ki, Frankfurtdaki qarşılaşma Tomas Müllerin “Bavariya”da 500-cü rəsmi matçı olub. 2008-ci ildən Münhen təmsilçisinin şərəfini qoruyan futbolçu klub tarixində 500 və daha çox matça çıxan 10-cu oyunçu olub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda güclü külək su çənini aşırdı-

Sonrakı məqalə

Sumqayıtda YDM-də yanğın –