“Baxarıq, görək nə olur” –Trampdan İranın yeni rəhbəri barədə açıqlama

ABŞ prezidenti Donald Tramp Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneinin İranın yeni Ali Lideri seçilməsinə münasibət bildirib.

Azpost.info bildirir ki, Fox News əməkdaşı Brayan Kilmidlə söhbətində Amerika lideri Müctəba Xameneinin bu vəzifəyə seçilməsini bəyənmədiyini açıq şəkildə bildirib. “Mən onun seçilməsindən məmnun deyiləm”, – deyə Tramp bildirib.

Daha sonra İsrailin Times of Israel nəşrinə verdiyi müsahibədə Ağ Ev rəhbəri İranda ali hakimiyyətin keçidi ilə bağlı hadisələri izləyəcəyini qeyd edib. “Baxarıq, görək nə olur”, – deyə Tramp ətraflı məlumat vermədən bildirib.

İranın Ekspertlər Assambleyası Müctəba Xameneinin İslam Respublikasının yeni Ali Lideri seçildiyini təsdiqləyib. O, atası Ayətullah Əli Xameneinin vəfatından sonra bu vəzifəni icra etməyə başlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.