Bayden ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsini təsdiq edib

ABŞ prezidenti Co Bayden ölkənin 2022-ci il üçün müdafiə büdcəsini təsdiq edib.

Ağ Evin yaydığı məlumatda hərbi büdcənin 770 milyard dollar olduğu bildirilir.

Bildirilib ki, ABŞ Konqresi hərbi büdcəni ötən ay təsdiqləyib. 2022-ci maliyyə ilinin hərbi büdcəsi başlıca olaraq Müdafiə Nazirliyinin hərbi inşaat proqramına və kəşfiyyat sahəsində milli təhlükəsizliyin təmin olunmasına yönəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AMEA-da bayramla bağlı alimlərə ərzaq yardımı edilib –

Sonrakı məqalə

Dolların bu günə olan məzənnəsi