“ABŞ-ın hazırkı prezidenti Co Baydenin ikinci müddətə seçilməyəcək”.
Azpost.info bildirir ki, bu sözləri sabiq prezident Tramp “Fox News” telekanalına müsahibəsində səsləndirib.
Trampın sözlərinə görə, Bayden namizədliyini geri götürəcək. “Şəxsən mən bunun belə olacağını düşünürəm”.
Trampın sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri son dərəcə səriştəsizdir, iki cümləni birləşdirə bilmir, səhnədən enəndə pilləkənləri tapa bilmir.
Keçmiş ABŞ lideri həmçinin Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpini də öz ölkələrini sevən və onların uğur qazanmasını istəyən “çox ağıllı, çox güclü insanlar” adlandırıb.
“Bayden isə bunu etməyə qadir deyil” -deyə Taump vurğulayıb.