“Bayden keçmişdə ilişib qalmış bədbəxt adamdır” –Rusiya Dumasının sədri

“ABŞ prezidenti Co Baydenin Ukraynanın münaqişənin həlli üçün hər hansı bir ərazini verib-verməyəcəyinə özü qərar verməsi ilə bağlı sözləri müstəmləkəçilik təfəkkürünün nümunəsidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün “Telegram” kanalında deyib. “Ukraynadakı böhran ərazilərə görə deyil, rusdilli əhalinin soyqırımına görə baş verib. Biz Donbasdakı vətəndaşlarımızı və soydaşlarımızı qorumaq üçün ayağa qalxdıq. Bizim üçün bu, təhlükəsizlik, dinc həyat və yaxşı münasibətlər qurmaq məsələsidir”, – Duma sədri bildirib.

Volodin əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti keçmişdə – soyuq müharibə dövründə ilişib qalmış bədbəxt bir insandır.

Azpost.info

Əvvəlki məqalə

Putin və Paşinyan iki gün Qarabağdakı vəziyyəti müzakirə edib

Sonrakı məqalə

İstanbul Boğazı mina təhlükəsinə görə bağlanıb