Bayden köməkçiləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında yaranmış vəziyyəti Kemp Deviddəki iqamətgahında milli təhlükəsizliyə cavabdeh olan şəxslərlə müzakirə edib.

Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda deyilir ki, prezident öz komandasının üzvləri ilə həm video formatda, həm də şəxsən görüşüb. Dövlət başçısına Ukrayna-Rusiya sərhədindəki son vəziyyət barədə məruzə edilib. Co Bayden deeskalasiya üçün diplomatik vasitələrdən istifadəni də administrasiya üzvləri ilə müzakirə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

XİN bu gün diplomat olmaq istəyənlər üçün qəbul imtahanı keçirəcək

Sonrakı məqalə

Ərdoğan və İran prezidenti telefonla danışdı: