Bayden Trampın maaşından çox pensiya alır

Co Bayden ABŞ-ın keçmiş prezidentləri arasında ən böyük məbləğdə olan pensiya alır.

AzPost bildirir ki, bu barədə “New York Post” qəzeti məlumat verir.

Nəşrin məlumatına görə, 83 yaşlı keçmiş lider ildə təxminən 417.000 dollar alır. Bu, hətta prezidentin maaşından da çoxdur. Bu məbləğ Baydenin senator, vitse-prezident və prezident kimi fəaliyyətləri ilə izah olunur. Yəni o, bir neçə pensiya sistemindən ödənişlər alır.

Bu arada, o, müntəzəm olaraq Vaşinqtona səfər etməyə və ofisində “sirli” bir layihə üzərində işləməyə davam edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.