Bayden Ukraynanı G20-nin toplantısına dəvət edib

24.03.2022 · 22:22 · Dünya

ABŞ prezidenti Co Bayden Rusiyanın G20-dən çıxarılmayacağı təqdirdə Ukraynaya bu iclasda iştirak etmək imkanı verilməsini təklif edib.

Azpost.info bildirir ki, Bayden bu barədə bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Əgər İndoneziya və digərləri Rusiyanın G20-dən çıxarılması ideyası ilə  razılaşmasalar, məncə, Ukraynadan G20-nin iclaslarında müşahidəçi qismində iştirakını xahiş etməliyik”-deyə o, bildirib.