Bayden Zelenskiyə zəng vurdu:

bayden zelen02

ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, Bayden bildirib ki, ABŞ və müttəfiqləri Ukrayna sərhədlərindəki vəziyyətin pisləşəcəyi təqdirdə həlledici cavab verəcəklər. Bundan başqa, Ağ Ev rəhbəri Donbasda gərginliyin azaldılması üçün atılan addımları dəstəklədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir