Baydenlə Polşa prezidenti arasında görüş başlayıb
Bayden və Duda arasında görüş iki saatdan çox gecikmədən sonra başlayıb.
Azpost.info TASS-a istinadən bildirir ki, buna görə də ABŞ Prezidentinin Polşada rəsmi qarşılanma mərasimi hava limanında deyil, Ukraynadan olan qaçqınlara yardım edən humanitar təşkilatların nümayəndələri ilə görüşdən əvvəl baş tutub.
Qeyd olunub ki, Jeşuv şəhərinə çatan Bayden təqribən 40 dəqiqə təyyarədə gözləməli olub, daha sonra təyyarədə enərək onu gözləyən Polşanın hökumət nümayəndələrini və Silahlı Qüvvələrini salamlayıb. Bunun ardınca isə avtomobilə əyləşərək hava limanını tərk edib.
