Bayram günlərində Bakıda dəm qazından zəhərlənənlərin sayı

AÇIQLANDI
07 Yanvar 2020 - 12:05

Bayram günlərində Bakıda dəm qazından zəhərlənənlərin sayı açıqlanıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, Yeni il tətili günlərində KTM-ə dəm qazı ilə əlaqədar məsləhət almaq üçün 20 nəfər müraciət edib.

Onlardan 4 nəfəri yüngül dərəcədə dəm qazı zəhərlənməsi ilə xəstəxanaya qəbul edilib, bir gün sonra buraxılıb.