Bayram günlərində təcili tibbi yardıma 18 mindən çox müraciət olub- TƏBİB

Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Təcili tibbi yardım xidmətinə dekabrın 31-dən yanvarın 6-dək ümumi çağırışların sayı 18 min 351, hospital olunanların sayı isə 1840 olub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Məlumata görə, çağırışların sayı ən çox yanvarın 1-də (çağırış sayı 2 min 723, hospital olunanların sayı 305 olmaqla), yanvarın 2-də (çağırış sayı 2 min 713, hospital olunanların sayı 274 olmaqla) və dekabrın 31-də (çağırış sayı 2 min 639, hospital olunanların sayı 242 olmaqla) qeydə alınıb.

Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.

Əvvəlki məqalə

Lənkəranskinin yaxın tərəfdarı olan kriminal avtoritet Bakıda həbs edilib

Sonrakı məqalə

Bu il dünyanın 76 ölkəsində seçkilər keçiriləcək