“Bahalaşmanın səbəbi azad olunmuş ərazilərdə inşaat işləridir” –EKSPERT

“Tikinti bazarında bahalaşmanın bir səbəbi işğaldan azad olunmuş ərazilərdə inşaat işlərinin aparılmasıdır. Tikinti materialları istehsal edən şirkətlər görəcək ki, tələbat çoxalıb, məhsul satılır, qiymətləri qaldıracaqlar. Rəqabət olsa da, tələbat var deyə, qiymətləri bahalaşdıracaqlar”.  
Azpost.info bildirir ki, bu sözləri daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov “Kaspi” qəzetinə açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, tikinti bazarındakı bahalaşmanın səbəblərindən biri də vergiləri ödəmə üsulunun dəyişməsidir: “Tikinti şirkətləri 2020-ci ildən vergiyə yeni forma ilə cəlb olunurlar. Artıq qara bazardan inşaat materiallarını nağd almaq sərf etmir deyə, köçürmə ilə ödəniş edirlər. 18 faiz ƏDV və digər köçürmə xərcləri ilə üzləşirlər. Bu, həm inşaat materialları satışında maya dəyərinə təsir edir, həm də qiymət fərqi yaradır”.
E.Azadovun sözlərinə görə, tikinti bazarındakı bahalaşma mənzil qiymətlərinə də təsirsiz ötüşməyəcək: “Bahalaşma olan yerdə tikinti şirkətlərinin satdığı mənzillərin də qiymətində artım gözlənilir. Müşahidə etsək, görərik ki, son bir ildə yeni layihələrə başlayan tikinti şirkətləri qiymətləri 15-20 faiz artırıblar. Ona görə ki, materialların maya dəyəri əvvəlkindən 15-20 faiz bahadır. Əvvəldən tikinti sektoruna investisiya yatırıb, köhnə qiymətlərlə inşaat materialları alıb vergisini ödəyən şirkətə əmlak daha ucuz başa gəlir. Ona görə də, tikinti şirkətləri ilə fərdi şəxslərin satdığı mənzillərin qiymətləri arasında 5-10 faiz fərq olur”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 25 yaşlı gənc 50 yaşlı kişinin öldürüldüyü binadan özünü atıb

Sonrakı məqalə

Rusiya Ukraynanın separatçı ərazilərində yaşayanları hərbi xidmətə çağırır –