BBC-nin cizgi filmində Azərbaycan göstərilib –

Qəhrəmanlar palçıq vulkanlarını necə xilas edirlər? (FOTO)
11 İyun 2020 - 14:43

BBC-nin uşaqlar üçün olan “CBeebies” telekanalında nümayiş etdirilən “Go Jetters” 3D animasiyalı cizgi filmində Azərbaycanın palçıq vulkanlarından bəhs edilib.

Azpost.info bildirir ki, mayın 20-də efirə getmiş epizodda bu serialın Lars və Glitç adlı personajlarının birlikdə yaratdıqları və metan qazı ilə işləyən meyvəyığan maşınının yanacağı məhsul yığımı işlərinin ortasında gözlənilmədən bitir.

Nəticədə cizgi filminin qəhrəmanları maşının yanacaq ehtiyatını doldurmaq üçün Azərbaycanda təbii metan qazı ilə zəngin olan palçıq vulkanları sahəsinə səyahət etmək qərarına gəlirlər.

Bu zaman ekranda onların Azərbaycana səyahətinin marşrutunu göstərən xəritə də nümayiş etdirilir, həmin xəritədə Azərbaycanın Xəzər dənizi sahilində coğrafi yeri və dövlət bayrağı da göstərilir.

Vulkanda nə baş verir?

Azərbaycana gələn cizgi filminin personajları böyük palçıq vulkanından həddindən çox həcmdə metan qazı götürdüklərindən palçıq vulkanında kritik vəziyyət yaranır, vulkan qaynamağa başlayır, püskürmə həddinə yaxınlaşır.

Bu səbəbdən “Go Jetters” qəhrəmanları ərazidəki turistləri və bu epizodun Azərbaycana metan qazı üçün gəlmiş digər personajlarını yanğın və partlayışdan xilas etmək üçün təcili xilasetmə əməliyyatı aparırlar.

Sonda “Go Jetters” qəhramanları bu vəzifəinin öhdəsindən uğurla gəlirlər və cizgi filminin süjeti yarımçıq qalmış meyvə məhsulunun yığımı mövzusuna yenidən qayıdır.