BCM Monqolustandan Putini həbs etməkdən imtina etdiyinə görə izahat istəyir

Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinə məhəl qoymadığını və Rusiya prezidenti Vladimir Putini ölkəyə səfəri zamanı niyə həbs etmədiyini izah etməli olacaq.

Azpost.info xəbər verir ki, bu barədə BCM-nin prokuroru Kərim Xan bildirib.

“Məhkəmə səviyyəsində danışıqlar prosesi davam edir. İşbirliyində çatışmazlıq aşkar olunarsa, hakimlər öz tövsiyələrini verə bilərlər. Mən heç nəyi əvvəlcədən mühakimə etmək istəmirəm, çünki bu məsələ indi hakimlər və Monqolustan hökuməti arasında həll olunur”, – Xan deyib.

Azpost.info

Əvvəlki məqalə

Putini tənqid edən keçmiş hərbçi həbsxanadan cəbhəyə göndərilib

Sonrakı məqalə

Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır