BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə müdir təyin olunub

17 Fevral 2020 - 11:19

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinə yeni müdir təyin olunub. 

Universitetin rektoru Elçin Babayevin əmri ilə yeni şöbə müdiri Günel İsgəndər qızı Orucəliyeva təyin edilib.

Günel Orucəliyeva yeni təyinatını APA-ya özü təsdiqləyib.

Qeyd edək ki, Mətbuat-informasiya şöbəsinin keçmiş müdiri Pərvanə İbrahimova öz ərizəsi ilə vəzifəsindən azad edilib.