BDU-nun Qazax filialında gənclərlə sağlam həyat tərzi müzakirə olunub –FOTO

24 sentyabr 2024-cü il tarixdə Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi “Gənclik narkomaniyaya qarşı” adlı layihəsinin icrası çərçivəsində sağlam həyat tərzinin təbliği məqsədi ilə gənclərlə maarifləndirici görüş keçirib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışıb, qeyd olunan zərərli vərdişlərdən tələbələrin uzaq durmasında bu kimi maarifləndirici tədbirlərin mühüm rol oynadığını qeyd edib. A. Rüstəmov tədbirin əsas məqsədinin bəşəriyyətin ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini gənclərin diqqətinə çatdırmaq olduğunu bildirib.

“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev çıxış edərək layihə və donor haqda iştirakçılara ətraflı məlumat vermiş , silsilə şəklində davam edən maarifləndirmə tədbirinin əsas məqsədinin sağlam həyat tərzini təbliğ etməkdən və narkomaniyaya qarşı mübarizədə maarifləndirmənin  kütləviliyinə nail olmaqdan ibarət olduğunu qeyd edib. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional rəhbəri Elmar Rzalı, filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev çıxış edərək keçirilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, gənclərin maariflənməsində onun mühüm rol oynayacağını qeyd ediblər.

Sonra tələbələr çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər. Tədbir diskussiya şəklində davam edib.

 

Əvvəlki məqalə

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ən əsas vəzifələrdən biridir

Sonrakı məqalə

Azərbaycan və Türkiyə müdafiə nazirləri əməkdaşlıq müqavilələri imzalayıb –