BDU-nun yataqxanasında 3 tələbə qız zəhərlənib- Onlardan 1-i ölüb

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

“Report”un xəbərinə görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.

Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.

Səhiyyə Nazirliyindən “Report”a məlumat təsdiqlənib, qeyd edilib ki, iki tələbənin müalicəsi davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada ən çox işlənən söz birləşməsi hansıdır?

Sonrakı məqalə

“Ölkəyə qaytarılan miqrantların həbs ediləcəyi barədə məlumatların heç bir əsası yoxdur” –