“BDU tələbələrinin zəhərlənməsinin səbəbi toksik mənşəlidir”- AQTA sədri

“Bakı Dövlət Universitetinin tələbələrinin zəhərlənməsi faktı üzrə cinayət işi gedir”.

APA xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölüm səbəbi qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir: “Digər məsələ hüquq-mühafizə orqanlarına aidir. Bu barədə sonda hüquq-mühafizə orqanları AQTA ilə birlikdə açıqlama verəcək”.

Sədr qeyd edib ki, KİV-də zəhərlənmə ilə bağlı çox tələsik məlumat yayılmışdı. Bir qisim insanlar bunu qida zəhərlənməsi kimi vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pakistan SSRİ-yə olan 93,5 milyon dollar borcunu Rusiyaya ödəyəcək

Sonrakı məqalə

Azərbaycanda hotellər üçün yeni tələb müəyyən olunub