Belarus mümkün müharibəyə hazırlaşmaq üçün müdafiə qabiliyyətini daha da gücləndirməlidir.
Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Köhnə formul: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bir daha vurğulamaq istəyirəm biz döyüşmək fikrində deyilik, döyüşmək istəmirik… Bütün bunlar artıq deyilib. Onlar bunu dinləyirlər, amma öz işlərini görürlər. Ona görə də biz müharibəyə hazırlaşmalıyıq. Allah eləsin ki, bu müharibə baş verməsin”, – Lukaşenko deyib.
Eyni zamanda, o qeyd edib ki, vəziyyət gərgin olaraq qalsa da, Belarus hakimiyyəti indiyədək ölkəyə qarşı müharibəyə başlamaq meyllərini müşahidə etməyib.
Azpost.info