Yaponiyanın Belarusdakı səfiri Hiroyuki Yamamoto Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
Azpost.info xəbər verir ki, orada Yaponiyanın Belarusda casusluq fəaliyyəti ilə bağlı səfirə etiraz edilib.
Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
XİN qeyd edib ki, səfirə bu yaxınlarda saxlanılan Yaponiya vətəndaşının ölkə ərazisində Belarusun təhlükəsizliyinə xələl gətirən casusluq fəaliyyəti ilə bağlı etiraz edilib.
Azpost.info