Belarusda koronavirusa yoluxanların sayı 205 min nəfərə çatıb

06 Yanvar 2021 - 15:14

Belarusda koronavirusa yoluxanların sayı 205 min nəfərə çatıb.

Belarus Səhiyyə Nazirliyi xəbər verir ki, ötən gün ölkədə 1855 nəfər koronavirusa yoluxub. Bununla da bu ölkədə koronavirusa yoluxanların sayı 204 min 958 nəfərə çatıb, onlardan 186 min 394-ü sağalaraq evə buraxılıb, 1480 nəfəri həyatını itirib.