Belçikada ilk dəfə qadın Baş nazir hökumətə rəhbərlik edəcək –

FOTO
28 Oktyabr 2019 - 09:52

Belçikada ilk dəfə qadın hökumət başçısı olub.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Bildirilir ki, ölkənin baş naziri vəzifəsini Sofi Vilmes icra etməyə başlayıb. Qırx dörd yaşlı qadın bundan əvvəl Belçikanın maliyyə naziri vəzifəsində çalışıb.

Sofi Vilmes bu vəzifədə Şarl Mişeli əvəz edib. Sabiq baş nazir Şarl Mişel isə Avropa Şurasının sədri təyin edilib.