Belçikada nazirin ofisindən 50 bağlama kokain tapıldı

Belçika hüquq-mühafizə orqanları Valloniya bölgəsinin təhsil naziri Karolin Desirin ofisindən ən azı 50 bağlama kokain tapıblar.

Azpost.info xəbər verir ki, Desirin ofisində yoxlama aparılmasının səbəbi bir müddət əvvəl nazirliyin əməkdaşı Van Haeleni narkotik ticarəti ittihamı ilə həbs etməsi olub.

Həbs edilən şəxs Brüssel parlamentinin deputatı Fadila Laananın oğludur. O, dekabrın ortalarından həbsdədir.

Desirin ofisi işçinin hadisədən dərhal sonra işdən çıxarıldığını təsdiqləyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.