Benzinin bahalaşması İranı ayağa qaldırdı- Etiraz aksiyaları zamanı 1 nəfər ölüb

Benzinin qiymətinin bahalaşmasına etiraz olaraq İranın Kirman əyalətinin Sircan şəhərində keçirilən etiraz aksiyasında bir nəfər ölüb.

“Report” xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb.

Bildirilib ki, onun odlu silahdan açılan atəş nəticəsində öldürülüb-öldürülmədiyi araşdırılır.

Benzinin qiymətinin bahalaşmasına etiraz olaraq İranın bir sıra şəhərlərində piket keçirilib. Məşhəd, Şiraz, Bircande, Əhvaz və başqa şəhər və rayonlarda etiraz çıxışları, mitinqlər olub. Kirman əyalətinin Sircan şəhərində aksiya iştirakçıları yerli neft anbarını yandırmağa cəhd göstərib. Polis hadisənin qarşısını alıb.

Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyət güzəştli benzin və başqa yanacağın qiymətini artırıb. Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,353 dollar), ondan xaric isə 30 min rial (0,76 dollar) olacaq. Benzinin əvvəlki qiyməti 10 min rial (0,235 dollar) olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sumqayıtda zavodda baş verən zəhərlənmə ilə bağlı açıqlama

Sonrakı məqalə

Tuluq zurnası, it üçün steyk, ikiyaruslu çarpayı…