İtaliyanın keçmiş Baş naziri, “İrəli, İtaliya” partiyasının sədri Silvio Berluskoni Senata üzv seçilib.
Azpost.info xəbər verir ki, 85 yaşlı siyasətçi birmandatlı Montsa (Lombardiya regionu) dairəsində qalib gəlib.
Qeyd edək ki, İtaliyada keçirilən növbədənkənar ümumi seçkilərin ilkin nəticələrinə görə, Giorgia Meloninin rəhbərlik etdiyi “İtaliya Qardaşları” Partiyası birinci yerdədir. Meloni bildirib ki, parlament seçkilərinin ilk nəticələri italyanların sağ mərkəzçi hökuməti görmək istədiyini göstərir.
Azpost.info
