“Beşiktaş” İstanbul derbisindən qalib ayrılıb –

Türkiyə Superliqası
13 Mart 2021 - 00:08

Futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 42-ci dəqiqədə qonaqların hücumçusu Kayl Larin açıb. Daha sonra meydan sahiblərinin yarımmüdafiəçisi Dəniz Türüc hesaba tarazlıq gətirib. Matçın 68-ci dəqiqəsində Velinton “Beşiktaş”ı yenidən hesabda irəli çıxarıb. Lakin “Başakşəhər”in hücumçusu Demba Ba 76-cı dəqiqədə hesabı yenidən bərabərləşdirib. Buna baxmayaraq “Beşiktaş”ın yarımmüdafiəçisi Josef de Souza görüşün 85-ci dəqiqəsində komandasına qələbə qazandı4an qolun müəllifi olub.

Beləliklə, “Beşiktaş” səfərdə “Başakşəhər”i 3:2 hesabı ilə məğlub edərək İstanbul derbisindən qalib ayrılıb.

Turun digər oyunları aşağıdakılardır:

“Sivasspor” – “Fatih Karagümrük”;

“Alanyaspor” – “Antalyaspor”;

“Rizəspor” – “Hatayspor”;

“Kayserispor” – “Qalatasaray”;

“Ankaragücü” – “Göztəpə”;

“Ərzurumspor”– “Trabzonspor”;

“Qaziantep” – “Dənizlispor”;

“Fənərbağça” – “Gənclərbirliyi”;

“Kasımpaşa” – “Konyaspor”;

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 58 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə eyni xala malik olan “Fənərbağça” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXX turda “Yeni Malatyaspor” istirahət edir.