Beyləqanda qətl hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə Beyləqan rayonunun Bolsulu kəndində qeydə alınıb. İyulun 15-də gecə 1967-ci il təvəllüdlü Bəsti Həsənovaya yaşadığı evdə xəsarətlər yetirilib. Qadın xəstəxanaya çatdırılıb və iyulun 16-da orada ölüb. Hadisəni törətməkd şübhəli bilinən kənd sakini, 2002-ci il təvəllüdlü Amil Ağayev saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

AzPost.az