Beyləqan Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

Daxili İşlər Nazirliyində yeni təyinat olub.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə görə, polis polkovniki Rüstəm Cəfərov Beyləqan Rayon Polis Şöbəsinə rəis təyin edilib. O, bundan əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi işləyib.
Qeyd edək ki, bir müddət əvvəl Beyləqan RPŞ-nin rəisi, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə rəis müavini təyin olunub. (oxu.az)
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müdafiə naziri Zakir Həsənov cəbhə zonasındakı hərbi hissələrə gedib

Sonrakı məqalə

Azərbaycanda su çatışmamazlığı yaşanır –