BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) İranın təbii fəlakət nəticəsində ziyan çəkmiş əyalətlərində kənd təsərrüfatının bərpasına 395 min dollar vəsait ayırıb.
FAO-nun İrandakı nümayəndəliyindən verilən məlumata görə, vəsait cari ilin martında və oktyabrında güclü seldən ziyan çəkmiş əyalətlərdə kənd təsərrüfatının bərpası və insanların ərzaq təminatını yaxşılaşdırmaq məqsədilə verilib.
Məlumatda, həmçinin o da vurğulanır ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar FAO ilə İranın əməkdaşlığına təsir göstərməyəcək. FAO-nun bir məqsədi var, o da dünyada ərzaq təminatını yaxşılaşdırmaq və aclıqla mübarizə aparmaqdır. Təşkilata 194 dövlət daxildir və 130 dövlətdə nümayəndəliyi var(azərtac).