Beynəlxalq təşkilat Putinin azpazını “İlin korrupsioneri” seçdi

Rusiya prezidenti Vladimir Putinin yaxın dostu və aşpazı kimi tanınan, eyni zamanda “Vaqner” özəl hərbi şirkətin rəhbəri olan Yevgeni Priqojin Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Tədqiqatı Mərkəzi (OCCRP) tərəfindən “İlin korrupsioneri” seçilib.

Azpost.info xəbər verir ki, təşkilat iş adamının bir çox çirkli işlərə bulaşdığını qeyd edib: “Çirkli pullar, zorakılıq, Rusiya qanunları qarşısında cəzasızlıq və korrupsiyanın bütün törəmələri Priqojində birləşir”.

OCCRP hesabatında həmçinin bildirilir ki, Priqojin gəlirli dövlət müqavilələri ilə restoran və iaşə biznesi qurub, bu prosesdə milyonlarla dollar qazanıb və “Putinin aşpazı” ləqəbini qazanıb. Sonradan bu fəaliyyəti ilə rejimin alətlərindən birinə çevrilib.

Azpost.info

Əvvəlki məqalə

Bakıda “Fiat” avtomobillərini satan şirkət ləğv edilib

Sonrakı məqalə

Makron Paşinyana “KTMT-dən çıxma!” xəbərdarlığını edib –