“Beynəlxalq Əlillər Cəmiyyəti”nin missiyaları davam edir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirilən “Qayıdışa aparan yol” adlı layihənin icrası zamanı “Beynəlxalq Əlillər Cəmiyyəti” xoşməramlı missiyasını davam etdirməkdədir.

Layihə rəhbəri Tahir Xudiyev və layihədə könüllü iştirak edən Nailə Muradova Bakının Buzovna qəsəbəsində yerləşən Sanator-Kurort Reabilitasiya Mərkəzində müayinə və müalicə alan şəhid Elvin Abbasovun anası Bahar xanımı ziyarət edib, onun səhhəti, müalicəsi ilə maraqlanıblar.

Elvin Abbasovun anası Bahar xanım həyata keçirilən bu layihənin vacibliyini, əhalinin sosial dəstəyə ehtiyacı olan təbəqəsinə daima göstərilən mənəvi dəstəyin, maarifləndirici tədbirlərin əhəmiyyətli olduğunu vurgulayıb və davamlı olmasını arzulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.