Qlobal səhnədə əvvəlki qaydalar faktiki olaraq ləğv edilib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qlobal səhnədə oyun “kim güclüdür, o da haqlıdır” prinsipi ilə gedir.
Lavrov vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın beynəlxalq davranış qaydalarını müstəqil şəkildə yazmaq siyasəti Avropa üçün ciddi bir şok olub.
Rusiya XİN başçısı 2026-cı ilin ilk həftələrinin “təəssürat yaratmaq üçün bütün rekordları qıracağını” qeyd edib. O, ABŞ-ın Venesuelaya hücumunu ən əhəmiyyətli hadisələrdən biri kimi qeyd edərək, bunu “kobud silahlı işğal” adlandırıb. /APA/