Bibiheybət məscidindən Bakının mərkəzinə gələn yol bağlanıb –

Yolda sürüşmə olub
24 Noyabr 2019 - 20:46

Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən Bakı şəhəri istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq: “Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik”.