Bıçaqlanan şəxs xəstəxanadan evə buraxıldıqdan sonra ölüb –Xocahəsəndə

Bakıda kirayənişini tərəfindən ötən ay bıçaqlanmış şəxs ölüb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivində qeydə alınıb.

Məlumata görə, bu il mayın 2-də Sərdar Hacıyev ona məxsus evdə kirayədə yaşayan Vüqar Məmmədov arasında mübahisə baş verib.

Bu zaman kirayənişin ev sahibinə bıçaqla xəsarət yetirib. V.Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət başlanılıb və o, tutulub.

S.Hacıyev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və 20 gün sonra yəni, mayın 22-də xəstəxanadan evə buraxılıb. O, xəstəxanadan buraxıldıqdan 17 gün sonra sonra qəfildən ölüb.

Hazırda hüquq-mühafizə orqanları və tibbi ekspertiza işçiləri tərəfindən onun ölümünün dəqiq səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün ali məktəb və kolleclərə sənəd qəbulu başa çatır

Sonrakı məqalə

Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı –