Biləsuvar sakini boğularaq öldürülüb, bəzi təfərrüatlar məlum olub. Bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Belə ki, ilkin informasiyaya görə bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Həmən vaxt onun qan təzyiqindən öldüyü bildirilib. Dünən ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğulduğu aşkarlanıb./APA/

AzPost.az