Biləcəri sakinini öldürüb dərin quyuya atdılar –

Polis qatili axtarır
26 Oktyabr 2019 - 10:05

Bakının Xəzər rayonunda su quyusundan meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.

Mərhum 32 yaşlı Həbibzadə Elvin Nazim oğlu təxminən 10 gün əvvəl Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsindən çıxıb və bir daha geri qayıtmayıb. Onun həmin vaxtdan itkin düşdüyü hesab edilib.

Aparılan araşdırmalar zamanı isə E.Həbibzadənin bir tanışı tərəfindən öldürüldüyü dəqiqləşib. Belə ki, tanışı Elvinə boğaz nahiyəsindən ölümcül xəsarət yetirib və onu dərin quyuya atıb. Nəticədə E.Həbibzadə hadisə yerində keçinib.

Hazırda faktla əlaqədar istintaq araşdırmaları aparılır. Cinayəti törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. (APA)