Biləsuvarda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələ yerli vaxtla 10:53-də baş verib. 3.5 maqnitudalı yeraltı təkan 21 km dərinlikdə qeydə alınıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan Cəlilabad stansiyasından 31 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

AzPost.az