Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib. Naməlum şəxs müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində 4 marketi talayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 32 yaşlı N. Cəlilov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar nəticəsində onun gecə saatlarında marketlərin qapılarını sındıraraq içəri daxil olduğu və obyektlərdən nağd pul, tütün, eləcə də digər məhsulları taladığı məlum olub.
Araşdırma aparılır.