Binaların hamısı istiliklə nə vaxt təmin olunacaq?- "Azəristiliktəchizat"dən CAVAB

“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ölkə ərazisində qış rejiminə keçidlə bağlı bina və obyektlərə istilik təchizatına start verib.

Bu barədə özəl olaraq Trend-ə “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Onun sözlərinə görə, bu gün səhər saatlarından artıq bütün qazanxanalar işə salınıb:

“Dağlıq ərazilərdə istilik sistemləri noyabrın 1-dən işə salınıb. Bu gün səhər saatlarından isə Bakı və digər ətraf ərazilərdə prosesə start verilib. Artıq indiki saata qədər Bakının 30 faizindəki bina və obyektlər istilik sistemi ilə təmin olunub. Digər qazanxanalarda isə tənzimləmələr aparılır. Günün sonuna kimi paytaxtda bütün binalara istilik veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada həkimlərin orta aylıq maaşı 1200 dollardır –

Sonrakı məqalə

İranlı general meydan oxudu: