Bioloq COVID-19-un yeni variantına qarşı peyvəndlərin effektivliyini qiymətləndirib

“Koronavirusun yeni variantları mövcud peyvəndləri yarasız hala salmayacaq, sadəcə onun effektivliyini bir qədər azalda bilər”.

APA xəbər verir ki, bunu Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova RİA Novosti-yə açıqlamasında bildirib.

“Virusun yeni variantları peyvəndin effektivliyinə təsir edib-etməməsini “Bəli” – “Xeyr”, deyə qiymətləndirmək düzgün olmaz: “Deyək ki, əhali orta hesabla 99% deyil, 91% qorunacaq. Bu da ki, nəticə etibarı ilə pis deyil”.

O, təəssüf hissi ilə bildirib ki, peyvəndləmə prosesi davamlı olaraq həyata keçiriləcək, hazırda görünən budur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Teledərslərin dekabrın 28-nə olan cədvəli

Sonrakı məqalə

Tramp ABŞ-ın 2021-ci il büdcəsini imzalayıb