Bir ayda Ukraynanı 4 milyon insan tərk edib
Rusiyanın hərbi müdaxiləsi səbəbindən Ukraynanı tərk etmək məcburiyyətində qalan qaçqınların sayı 4 milyona yaxınlaşır.
Azpost.info xəbər verir ki, bu barədə BMT məlumat yayıb. “Bu, İkinci Dünya müharibəsindən bəri ən sürətlə böyüyən qaçqın böhranına çevrilib. Eyni zamanda, 13 milyon insan müharibə zonalarında ilişib qalıb və ölkədən çıxa bilmir”, – məlumatda bildirilir.
Azpost.info
