Hamının başına gəlib: təsadüfən eşitdiyiniz bir mahnı saatlarla, bəzən isə günlərlə beyninizdə təkrarlanır.
Psixoloqlar bu hadisəni “qulaq qurdu” (earworm) effekti adlandırırlar.
Araşdırmalar göstərir ki, sadə ritm və tez təkrarlanan melodiyalar beynin eşitmə mərkəzində dövri aktivlik yaradır. Beyin mahnını tam “başa çatdırmadığını” düşündüyü üçün onu təkrar-təkrar səsləndirməyə davam edir.
Böyük Britaniyada aparılmış sorğuya görə, insanların təxminən 90 faizi həftədə ən azı bir dəfə bu vəziyyətlə qarşılaşır.
Psixoloqlar bildirirlər ki, aşağıdakı amillər bu effekti gücləndirə bilər:
Stress;
Yorğunluq;
Təkrarlanan ritmlər;
Sosial şəbəkələrdə qısa musiqi videolarına uzun müddət baxmaq.
Mütəxəssislərin sözlərinə görə, mahnını beyninizdən çıxarmaq istəyirsinizsə, tam başqa bir fəaliyyətlə məşğul olmaq, kitab oxumaq, qısa məntiq tapşırıqları həll etmək və ya həmin mahnını əvvəldən axıra qədər bir dəfə dinləmək kömək edə bilər.
Sunay