Bir metr torpağa görə qonşusunu öldürdü –Gəncədə faciə

Gəncədə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Qətlə yetirilən 30 yaşlı Zeynalabdin Kərimov sözü gedən torpaq sahəsini yeni alıbmış və orda ev tikdirmək istəyirmiş. Mübahisəyə səbəb qonşusu Akif İsmayılovun onun 1 metr torpağını zəbt etməsi olub. Z. Kərimov bu gün hadisə baş verən həyətyanı sahəyə gələrək iş görmək istəyib. Bu zaman onların arasında mübahisə düşüb. A. İsmayılov onu güllələyəcəyi ilə hədələyib. Daha sonra həmin şəxs çölə çıxaraq həyətin qapısını bağlayıb, yaşadığı evdən tüfəngi gətirərək Z. Tağıyevə atəş açıb. Həyətin qapısı bağlı olduğundan Z. Tağıyev qaça bilməyib. Qonşuların sözlərinə görə, hər iki şəxsin arasında əvvəllər mübahisə olmayıb.

Hadisəni törədən A. İsmayılov ovçu imiş. O, hadisədən sonra qətli törətdiyi tüfənglə bərabər polisə gedərək təslim olub. 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

XİN açıqlama yaydı:

Sonrakı məqalə

“Bağışla, vaxtım yoxdur” sözü xəstəlik əlamətinə çevrilir –