İrəvanda TRIPP layihəsi vasitəsilə Bakı ilə birbaşa dəmir yolu əlaqəsinin yaxın bir neçə ilə ərzində qurulmasına ümid edirlər.
Bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılmasından əvvəl alternativ əlaqə variantları da istifadə oluna bilər.
“Bu mürəkkəb bir prosesdir və zaman tələb edir. Hazırda ölkələr arasında aktiv ticarət yoxdur, bunun bir neçə səbəbi var: bazarlar hələ bir-birinə tanış deyil və ticarət əlaqələrinin qurulması zaman tələb edir”, – nazir bildirib.
Onun sözlərinə görə, dövlət öz funksiyaları çərçivəsində siyasi razılaşmalar, yolların açılması və dəmir yollarının istifadəyə verilməsi ilə ticarət üçün zəruri şərait yaradır.